Azərbaycanda daha bir tiktoker saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, "Miray" ləqəbli tiktoker Aysel Mustafayeva Sumqayıtda polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində olan iddialarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Miray" TikTok-da qeyri-etik ifadə və davranışları ilə məşhurdur.