Yəmən husiləri (üsyançı hərəkat Ənsar Allah) çoxlu döyüş başlığı olan ballistik raketlər istehsal etməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançıların lideri Abdel Malik əl-Husi məlumat verib.
O, bildirib ki, Fələstin-2 ballistik raketləri üçün çoxsaylı döyüş başlıqları istehsalına başlamışıq.
"İndi onlar bir neçə döyüş başlığı daşımağa qadirdirlər”, - “Ənsar Allah”ın lideri öz tərəfdarlarına televiziya ilə müraciətində deyib.