Biləsuvarda maşın aşdı, azyaşlı yaralandı

15:34 - 28 Avqust 2025 - ÖLKƏ İÇİ

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun 118-ci kilometrliyində qeydə alınıb.

"Kia" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində maşında olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti