Qvatemala milli komandası Kanadanı penaltilər seriyasında məğlub edərək KONKAKAF Qızıl Kubokunun yarımfinalına yüksəlib.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma əsas vaxtda 1:1 hesabı ilə başa çatıb. Kanadanın heyətində Conatan David (30-cu dəqiqə, penalti), Qvatemaladan isə Rubio Rubin (61) fərqlənib.
Penaltilər seriyasında Qvatemala qalib gəlib (6:5).
Birinci hissənin sonunda kanadalı yarımmüdafiəçi Yakob Şaffelberq iki sarı vərəqə alaraq meydandan qovulub.
Qvatemala 1996-cı ildən, turniri dördüncü yerdə başa vurduqdan sonra ilk dəfə KONKAKAF Qızıl Kubokunun yarımfinalına yüksəlib. Komanda 1967-ci ildə müsabiqənin qalibi oldu.
Qvatemala yarımfinalda Kosta-Rikanı məğlub edən (2:2, penaltilərdə 4:3) amerikalılarla qarşılaşacaq.