"Batik Air" şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Cakarta yaxınlığındakı Soekarno-Hatta beynəlxalq hava limanına çətin eniş edib.
Ucnoqta.az xəbər verir ki, FL360aero aviasiya portalının məlumatına görə, insident iyunun 29-da güclü külək və güclü yağış nəticəsində baş verib.
PK-LDJ quyruq nömrəli təyyarə eniş zamanı sağ tərəfə əyilib.
Nəticədə təyyarənin qanadlarından biri təhlükəli şəkildə uçuş-enmə zolağının səthinə yaxınlaşıb.
Təyyarədə 141 sərnişin olub, xəsarət alan olmayıb. Ekstremal hava şəraitinə baxmayaraq, eniş təhlükəsiz şəkildə həyata keçirilib.