KTMT ölkələri hələ də Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab edirlər - Lavrov

11:30 - 30 İyun 2025 - DÜNYA

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri Ermənistanı assosiasiyanın tamhüquqlu üzvü hesab etməkdə davam edir, lakin bu status təşkilat daxilində bütün öhdəliklərə əməl olunmasını nəzərdə tutur.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının yekunları üzrə deyib.

"Biz Ermənistanı hələ də bu təşkilatın tamhüquqlu üzvü hesab edirik, lakin təbii ki, tamhüquqlu üzvlük iştirak və KTMT-nin nizamnamə sənədlərindən irəli gələn bütün öhdəliklərə əməl etməyi nəzərdə tutur. Yeri gəlmişkən, rüsumların ödənilməsi də daxil olmaqla", - nazir deyib.

Xəbər xətti