Bir neçə pilotsuz təyyarə təxminən bir saat əvvəl İranın şimalında yerləşən Rəşt şəhərinin kənarına hücum edib.
Ucnoqta.az-ın məlumatına görə, bu barədə Gilan əyalətinin qubernatorunun müavini məlumat verib.
ISNA agentliyinin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri sayəsində hücum uğurla dəf edilib, bütün pilotsuz təyyarələr məhv edilib. Dronların haradan göndərildiyi açıqlanmır.