Xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub - Nazir

11:01 - 24 İyun 2025 - Xəbər

İlkin məlumata görə, 2025–2026-cı tədris ili üzrə xaricdə təhsil proqramına 1000-dən çox müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, 300-dən artıq azərbaycanlı gəncin dünyanın ən yaxşı on universitetində təhsil alması çox möhtəşəm və Azərbaycan üçün olduqca vacibdir

Emin Əmrullayev sonda bildirib ki, həmin tələbələrin təhsillərini başa vurduqdan sonra Vətənə qayıtmaları da xüsusi əhəmiyyət daşıyır.

Xəbər xətti