İsrailin müdafiə naziri orduya göstəriş verdi
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin müdafiə naziri Katz orduya İranın atəşkəsi pozmasına sərt reaksiya verməyi əmr edib.
İsrailin müdafiə naziri İsrael Katz İranın atəşkəsi pozduğunu bildirib və hərbçilərə Tehrana yeni güclü zərbələr endirməyi əmr edib.
“Mən İsrail Müdafiə Qüvvələrinə İranın atəşkəsi pozmasına Tehranın mərkəzindəki rejim hədəflərinə güclü zərbələr endirməklə cavab verməyi tapşırmışam”, - Katz deyib.
İsrail mediası iddia edir ki, İran İsrailin şimalına bir raket atmaqla atəşkəs rejimini pozub.