Zelenski NATO sammitində Trampla görüşmək istəyir

11:21 - 24 İyun 2025 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski NATO liderlərinin Haaqa görüşündə ABŞ prezidenti Donald Trampla görüşə ümid edir.

Ucnoqta.az xəbər verir ki, Zelenski Sky News-a müsahibəsində Trampla qarşıdan gələn alyans sammitində görüşməyi gözləyib-gözləmədiyi ilə bağlı sualı cavablandırıb.

"Nə olacağını bilmirəm. Komandalar işləyir, gedirik".

O, mahiyyəti müzakirə etmək üçün ciddi danışıqların hazırlandığı, yoxsa sadəcə söhbətin aparıldığı sualına cavab verməkdən yayınıb və bildirib ki, indi müzakirə Amerika lideri ilə mümkün görüşün vaxtı barədədir.

Xəbər xətti