“Kərimə” dövləti qurmaq istəyənlərə hökm oxunub

14:00 - 12 İyun 2025 - Xəbər

“Kərimə” dövləti qurmaq istəyən və müəyyən şəxslərə qarşı terror aktları törətməyi planlaşdıran şəxslərə hökm oxunub.

"Report"un məlumatına görə, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib.

Məhkəmədə elan olunan hökmə əsasən, cinayət işi üzrə təqsirləndirilənlər - Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16 il, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər, həmçinin sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlayırmışlar. Adıçəkilən şəxslər cinayət işi üzrə zərərçəkən qismində tanınıblar.

Xəbər xətti