İsrailə cavabın vaxtını və metodunu İran hərbçiləri müəyyənləşdirəcək və ölkə hökuməti belə bir əməliyyatı dəstəkləyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib.
“Cəzanın üsulunu və müddətini ölkəmizin təhlükəsizlik orqanları və hərbçiləri müəyyən edir. Hökumət bu qisas aktını dəstəkləyəcək”, o, hökumətin mətbuat xidmətinin yayımladığı müraciətdə bildirib.