Bank kartından oğuluq edən bacı-qardaş tutuldu

13:27 - 10 Sentyabr 2024 - Xəbər

Bank kartından oğurluq edən şəxslər tutulublar.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə bir nəfərin bank kartından 353 manatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı qadın və 22 yaşlı qardaşı M.Muradov müəyyən olunaraq saxlanılıblar. vakansiyalar

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti