Türkiyədə bir günlük matəm elan edilib

21:58 - 20 May 2024 - DÜNYA

İran prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə əlaqədar Türkiyədə bir günlük milli matəm elan edilib.

Ucnoqta.az TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib. 

“İran prezidentinin vəfatı ilə əlaqədar İran xalqı ilə dərin hüznünü bölüşmək üçün ölkəmizdə bir günlük matəm elan etmək qərarına gəldik”, - deyə Ərdoğan bildirib.

Xəbər xətti