Avtomobildən 4 min manatlıq saat oğurlanıb

11:36 - 22 Fevral 2024 - HADİSƏ

Bakıda maşından 4 min manatlıq saat oğurlanıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Xətai rayonu ərazisində “BMW” markalı avtomobildən 300 ABŞ dolları və 4000 manat dəyərində qol saatının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elşad Şirinov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti