Dünya nüvə müharibəsindən sığortalanmayıb - Medvedev

11:25 - 22 Fevral 2024 - Xəbər

Dünya nüvə münaqişəsinin qəsdən baş verməsindən sığortalanmayıb.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, nüvə müharibəsini qarşısı alınmalı olan real ssenari adlandırıb.
Medvedev əlavə edib ki, yaxın illərdə Rusiya ilə ABŞ arasında normal münasibətlər olmayacaq.
"Moskva və Vaşinqton indi birbaşa əks mövqedədirlər və yaxın onilliklərdə çətin ki, bu uçurumu aradan qaldıra və ya münasibətləri yaxşılaşdıra bilsinlər" - TASS agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya Amerika rəhbərliyinin “kimlə işləməsi heç vecinə də deyil”. "Çünki bizdə birbaşa antaqonizm var və bu boşluq yaxın illərdə aradan qaldırılmayacaq", - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Xəbər xətti