İsrailin İrana endirdiyi zərbələr nəticəsində 12 jurnalist ölüb

15:54 - 10 İyul 2025 - Xəbər

İsrailin İslam Respublikası ərazisinə endirdiyi zərbələr nəticəsində azı 12 iranlı media işçisi həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Bəsic media qurumu məlumat yayıb.

“Sionist rejimin hərbi hücumu zamanı həlak olan media işçilərinin daha iki cəsədinin şəxsiyyəti müəyyən edildikdən sonra öldürülən jurnalistlərin ümumi sayı 12-yə çatıb. Təşkilatımız beynəlxalq qurumları qatilləri məsuliyyətə cəlb etməyə çağırır”, - açıqlamada deyilir.

Xəbər xətti