Makronun həyat yoldaşı Britaniyaya səfəri zamanı depressiyada olub - KİV

12:30 - 10 İyul 2025 - DÜNYA

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit bacısının ölümü ilə əlaqədar Böyük Britaniyaya dövlət səfəri zamanı özünü fikirli aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Mail” qəzeti məlumat yayıb.

“Xanım Makronun ərinin yanında bu qədər depressiyaya düşmüş və bitkin görünməsinin əsas səbəbi budur”, - cütlüyə yaxın mənbə qəzetə bildirib.

Çərşənbə axşamı Bricit krallığa çatan kimi ərini təyyarədən endirmək üçün uzatdığı əlini qəbul etməyib.

Fransa prezidenti cütlüyünün münasibətləri artıq mayın sonunda Vyetnama səfəri zamanı medianın diqqətini çəkmişdi. Jurnalistlər Makronun həyat yoldaşı tərəfindən vurulduğu anı lentə almışdılar.

Fransanın birinci xanımının bacısının səfərdən bir neçə gün əvvəl dünyasını dəyişdiyi qeyd edilir.

Xəbər xətti