3 min abonentin qazı KƏSİLƏCƏK

17:54 - 9 İyul 2025 - ÖLKƏ İÇİ

Sabah Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən xəbər verilib.

Məlumata görə, diametri 315 mm PE orta təzyiqli “Şəhər dairəvi” yeraltı daşıyıcı qaz kəmərində kipliyin sınağı aparılacaq. Bu məqsədlə iyulun 10-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul şəhərinin bir hissəsində (ümumi 2 919 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Xəbər xətti