“Nəvəyə söyüş öyrədirlər”

17:08 - 10 İyul 2025 - Mədəniyyət

"İnsan övladına söz deyə bilmir, amma nəvəyə hər şeyi ürəkdən deyirsən. Nəvə şirindir. Elə bil onun sevgisini Allah doğulandan sonra gətirib ürəyə qoyur. Bunu yaşayıb bilməlisən".

Ucnoqta.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev "Full şou" verilişində deyib. Müğənni nəvəsindən danışıb.

Valideynlərə səslənən Z.Əliyev nəvənin tərbiyəsindən danışıb:

"O demək deyil ki, övladı çox istəmirik. Övlad sənə artıq söz desə, qəlbinə dəyər. Amma nəvə nəsə deyəndə ürəyə yağ kimi yayılır. Bəzi ailələr var ki, nəvəyə söyüş öyrədirlər. İstəyir onu söysün. Olmamalıdır".

Xəbər xətti