"Azərbaycan Dəmir Yolları" beynəlxalq yük daşımalarını 5 %-ə yaxın artırıb

16:09 - 14 Avqust 2025 - Xəbər

Bu ilin I yarısında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 milyon 442,2 min ton yük daşıyıb.

“Report” ADY-yə istinadən xəbər verir ki, bu, ötən il eyni dövrü ilə müqayisədə 9,4 % və yaxud 874,5 min ton azdır.

O cümlədən, hesabat dövründə ADY-nin beynəlxalq yük daşımaları 4,6 % artaraq 3 milyon 861,4 min ton, tranzit yük daşımaları 16,9 % azalaraq 3 milyon 267,2 min ton, daxili yük daşımaları isə 22,4 % azalaraq 1 milyon 313,6 min ton olub.

Xəbər xətti