Masallı rayonunda maraqlı hadisə baş verib.
Rayonun Kolatan bələdiyyəsinin sədri yaxın qohumunu qanunsuz ağac kəsməyə görə məsuliyyətə cəlb etdirib.
Belə ki, Kolatan bələdiyyəsinə daxil olan Bağıroba kəndində yaşı 50-dən çox olan yeddi ədəd palıd ağacı qanunsuz olaraq budanıb və qismən kəsilib. Bu barədə bələdiyyəyə məlumat daxil olub.
Aparılan araşdırma zamanı məlum olub ki, qanunsuz əməli Bağıroba kənd sakini Tofiq Eynullayev törədib. Faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə təqdim edilib və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Məlumata görə, T.Eynullayev Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyevin yaxın qohumudur.