Maştağada evdən 6 min manat oğurlanıb

12:34 - 13 Avqust 2025 - HADİSƏ

Maştağada evdən 6 min manat oğurlanıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evlərin birindən 6000 manat oğurlanması barədə zərərçəkən polisə məlumat verib.

Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti