Musiqi tənhalığın öhdəsindən gəlməyə kömək edir

08:01 - 12 Avqust 2025 - Xəbər

Sidney Universitetinin alimlərinin apardığı araşdırmaya görə, musiqi dinləmək tənhalıq hissi ilə mübarizədə təsirli vasitə ola bilər.

Ucnoqta.az xəbər verir ki, psixoloq Yuliya Vinokurova qeyd edib ki, musiqi terapiyası və sadəcə musiqi dinləmək orqanizmə faydalı təsir göstərir, onun bərpasına və daxili proseslərin uyğunlaşmasına kömək edir.

Onun fikrincə, psixoloji nöqteyi-nəzərdən tanış melodiyalar təxəyyülü aktivləşdirir, keçmiş hadisələr və ya gələcək arzularla bağlı emosional reaksiyalara səbəb olur.
Ekspert vurğulayır ki, musiqi həm fizioloji, həm də psixoloji səviyyəyə təsir edir.

"Biz təkcə fantaziyalardan deyil, həm də həyat ssenarilərimizdən, davranış nümunələrimizdən və təcrübələrimizdən danışırıq. Biznesdə istehlakçılarda müəyyən reaksiyalar oyatmaq üçün aromalar və səslər tez-tez istifadə olunur. Məsələn, avtomobildən tanış melodiya eşitdikdə, biz illər əvvəl diskotekada onunla necə rəqs etdiyimizi xatırlaya bilərik" – psixoloqq qeyd edir.

O, həmçinin əlavə edib ki, bu şəkildə şüurumuz xatirələri, inancları və hətta gizli istəkləri təkrarlayır.

Xəbər xətti