Modi sentyabrda Trampla görüşməyi planlaşdırır

07:02 - 13 Avqust 2025 - DÜNYA

Hindistanın baş naziri Narendra Modi sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etməyi və ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.

Qəzetin yazdığına görə, hazırda Modinin sentyabrın son həftəsində ABŞ-a səfərinə hazırlıq gedir. Rəsmi səbəb Nyu Yorkda BMT Baş Assambleyasına qatılmaqdır, lakin əsas məqsəd ticarət məsələlərini həll etmək və tariflərlə bağlı ortaq mövqeyə gəlmək üçün Trampla görüş olacaq.
Bu, həm də iki liderə ikitərəfli ticarət sazişinin bağlandığını elan etmək imkanı verəcək.

Xəbər xətti