İsrail qüvvələri Qəzza zolağının cənubunda humanitar yardım paylama məntəqəsi yaxınlığında atəş açaraq ən azı 3 fələstinlini öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, daha 46 nəfər yaralanıb.
Hadisə Rəfah şəhərində baş verib. Yardımlar özəl Qəzzaya Humanitar Yardım Fondunun əməkdaşları tərəfindən anklavın sakinləri arasında paylanıb.