Vyetnamın mərkəzində kömür daşıyan yük gəmisinin batması nəticəsində 10 nəfər itkin düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə VnExpress xəbər portalı məlumat yayıb.
Məlumata görə, göyərtəsində təxminən 5 min ton kömür olan gəmi mərkəzi Quang Binh əyalətindəki Vunqanq limanına yaxınlaşarkən texniki nasazlıq səbəbindən fəlakətlə üzləşib. Təcili yardım xidmətləri 11 ekipaj üzvündən yalnız bir nəfəri tapıb xilas edib, qalan dənizçilərin taleyi məlum deyil.
Qəzanın baş verdiyi ərazidə əlverişsiz hava şəraiti davam edir.