Günəşdə bir anda üç güclü partlayış baş verib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, sondan əvvəlki güc sinfinin üç məşəli - M - qeydə alınıb.
Məşəllər adətən günəş materiyasının atılması ilə müşayiət olunur, onların buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb olur.
Daha bir belə qasırğa planetimizə iş həftəsi ərəfəsində, bazar günü çatacaq və bu, meteohəssas insanların sağlamlığına yeni zərbə vuracaq.