Dövlət Departamenti Polşaya 1,33 milyard dollarlıq raketl satışını təsdiqləyib

00:18 - 30 Aprel 2025 - DÜNYA

ABŞ Dövlət Departamenti Varşavaya 400 ədəd AIM-120D hava-hava raketinin 1,33 milyard dollara çatdırılmasını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Çatdırılmaya həmçinin raketlər üçün nəqliyyat konteynerləri, istiqamətləndirici sistem dəstləri, proqram təminatı, ehtiyat hissələri və digər avadanlıqlar daxil olacaq.///tass

Xəbər xətti