Maliyyə Nazirliyi dövlətə məxsus hüquqi şəxslərə müraciət edib. Nazirlikdən verilən məlumata görə, Prezidentin “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilib.
Qaydalara əsasən dövlətə məxsus olan hüquqi şəxslər hər ilin iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinə təqdim etməlidirlər.
Məlumatda o da qeyd olunur ki, növbəti ilin borcalma limiti hazırlanarkən, yalnız qeyd olunan tarixədək Agentliyə daxil olmuş dövlət müəssisələrinin müraciətləri nəzərə alınacaq.