"Hazırda Azərbaycanda böyrək transplantasiyası əməliyyatı olunan 900-dan çox insan var". Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Ceyhun Məmmədov deyib.
O əlavə edib ki, dövlət bu insanların dərman təminatını öz üzərinə götürüb: "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 43 hemodializ mərkəzində 3400-dən artıq xəstə dializ alır".