Prezident seçkiləri ilə bağlı bu prosedur başa çatır

12:07 - 6 Aprel 2018 - Xəbər

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti sabah başa çatır.

Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, səsvermə protokolları səsvermə gününə azı dörd gün qalanadək, yəni aprelin 7-dək verilməlidir.

Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi müddəti isə aprelin 8-də başa çatır.

Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək.

Respublika üzrə 125 seçki dairəsi və 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir.oxu.az

Xəbər xətti