Bakıda Azərbaycan-İran biznes forumu keçirilir.
Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basdılar.
Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olundu.
Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirildi.
Dövlət başçıları biznes forumda nitq söylədilər.
***10:37
Bakıda Azərbaycan-İran biznes forumu keçirilir. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən biznes forumda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani iştirak edirlər.