"Honda" 373 mindən çox avtomobilini geri çağırır

01:09 - 29 Mart 2018 - Xəbər

"Honda" şirkəti Çin bazarından 373 mindən çox avtomobili geri çağırır. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır. Qeyd olunur ki, geri çağırılma "Accord", "Fit", "Crosstour", "City" və "Eventus S1" modellərinə şamil olunacaq. Xatırladaq ki, fevralın əvvəlində "Honda" mühərrikdəki nasazlıqlarla əlaqədar Çində 350 minə yaxın CR-V və "Civic" modelini geri çağırmışdı. Qeyd edək ki, 2017-ci ildə isə Çində ümumilikdə 20 milyondan çox avtomobil geri çağırılıb.

Xəbər xətti