“İnterpol” xətti ilə axtarışa verilən şəxs Gürcüstanda tutulub

22:54 - 28 Mart 2018 - Xəbər

O, Azərbaycana ekstradisiya ediləcək

Azərbaycanda axtarışda olan şəxs xarici ölkədə tutulub. “İnterpol” xətti ilə axtarışda olan 1993-cü il təvəllüdlü Əlabbas Qurbanov Gürcüstanda saxlanılıb.

O, Azərbaycana ekstradisiya ediləcək.

Ə.Qurbanov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinir. O, Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilib.report

Xəbər xətti