"Bu il altı şəhərdə yeni xəstəxana tikiləcək"

17:06 - 27 Mart 2018 - Xəbər

“Son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib”.
 

Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Bona Dea Beynəlxalq Hospitalının açılışında deyib. "Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır"- dövlət başcısı qeyd edib.

Xəbər xətti