Bayram günlərində dərmir yolundan istifadə edənlərin sayı artıb

11:21 - 27 Mart 2018 - Xəbər

Bayram günlərində dərmir yolunun xidmətlərindən istifadə edənlərin sayında artım qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Publika.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, adi iş günlərində dəmir yolunun xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı günlərində gücləndirilmiş iş rejimində çalışıb.

Xəbər xətti