Güclü külək Lerikdə bir sıra fəsadlara səbəb olub

12:07 - 25 Mart 2018 - Xəbər

Lerik rayonu güclü külək səbəbindən işıqsız qalıb Ötən gün axşam saatlarından etibarən Lerik rayonunda əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, nəticədə rayonun kəndlərinə verilən elektrik enerjisi kəsilib. Elektrik enerjisi verilişinin dayandırılmasının qabaqlayıcı tədbir olduğu bildirilir. Külək tam sakitləşdikdən sonra briqadalar xətləri yoxlayaraq, enerji verilişi bərpa olunacaq. Külək, eyni zamanda ayrı-ayrı təsərrüfatlarda tikililərin dam örtüklərinə qismən ziyan vurub. Bu gün səhər külək nisbətən səngiyib. Rayon mərkəzinə enerji verilişi bərpa olunub.

Xəbər xətti