“Atam əməliyyatdan sağ çıxmaya bilər” - Böyükağa Hacıyevin oğlu+Foto

10:40 - 12 Fevral 2018 - DİGƏR

Bir neçə gün öncə infarkt keçirərək xəstəxanaya yerləşdirilən “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin ikinci əməliyyata ehtiyacı var.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya oğlu Yusif Hacıyev məlumat verib. 

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır: “Vəziyyət stabildi. Amma ürəyi çox zəifdir. İkinci əməliyyat mütləq olmalıdır. Amma bugünkü durum üçün ürəyi zəifdir. Əgər əməliyyata girsə, ordan sağ çıxmaq şansı yoxdur”.

Hacıyev qeyd edib ki, atası başqa hospitala keçiriləcək: “Hələ ki, evə buraxılması müzakirə edilmir. Amma başqa hospitala köçürüləcək”.

Xəbər xətti