Səlim Müslümov: "Əlilliyi olan şəxslərdən 10 faizə yaxını işləyir"

11:04 - 11 Dekabr 2017 - Xəbər

"Azərbaycanda əlilliyi olan 624 min şəxsin təxminən 3 min nəfəri əmək qabiliyyətlidir. Onların isə 10 faizə yaxını işləyir".


Ucnoqta.az "Report"a istinadən xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsinin ­təqdimatında deyib.

O bildirib ki, əlillərin məşğulluğunun təmin edilməsi əmək bazarının onlar üçün uyğunlaşdırılmasından asılıdır və bunun üçün  qanunvericiliyin təkmilləşdirilməsi vacibdir: "Əlillərin hüquqlarının müdafiəsi haqqında yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsi artıq Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim olunub".

Nazir deyib ki, BP şirkəti "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsini ilə bir ildə 100 nəfər əlilliyi olan şəxsin xüsusi peşəyə, təhsilə yiyələnməsi öhdəliyini üzərinə götürür: "Bunun üçün 488 min manat vəsait ayırır".

Xəbər xətti