Bakı Metropoliteni işçiləri təltif edildi

18:26 - 6 Noyabr 2017 - Xəbər

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: İsayev Etibar Cavanşir oğlu Kərimov Telman Kərim oğlu Tağıyev Səbuhi Qiyas oğlu Dövlət başçısının digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Əfəndiyev Şaiq Kərim oğlu Xankişiyev İqor Abbasoviç Musayev Zeynalabdin Mustafa oğlu Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev, həmçinin Bakı Metropoliteninin bir qrup işçisinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Şöhrət” ordeni ilə Osmanov Əlixan Qədir oğlu “Tərəqqi” medalı ilə Abasov Hüseynağa Həsən oğlu Ağayev Həsənqulu Nuruş oğlu Bayramov Avtandil Qədir oğlu Cəfərli Əli Cəfər oğlu Əfəndiyev Yahya Zəkəriyyə oğlu Əhmədov Akif Mirzə oğlu Əhmədov Faiq Adil oğlu Əliyev Fəqan Musaxan oğlu Əliyev Turman Musa oğlu Fərzəliyev Dadaş Rəcəb oğlu Gərayxanov Sədəddin Meyvəddinoviç Həbibov Rəşad Fərman oğlu Mayılov Əli Sədi oğlu Məlikova Rəfiqə Ağa Əli qızı Nəzirov Əlislam Əliqulu oğlu Pənahov Heybətqulu Şaban oğlu Qasımov Kəmənd Səməd oğlu Qasımova Sevil Nadir qızı Qəhrəmanov Ziyadxan Əlibala oğlu Quliyev Qərib Qulu oğlu Qurbanov Alik Dursunəli oğlu Rəcəbov Möhsün Hüseyn oğlu Rəhimov İlyaz Tacaddin oğlu Səfərov Şaiq Şaban oğlu Səlimov Oqtay Məmməd Hənifə oğlu Xudaverdiyev Mirələm Seyfəl oğlu Yolçuyev Elçin Əli oğlu

Xəbər xətti