İslamiadanın növbəti dəfə harada keçiriləcəyi bəlli oldu

14:14 - 12 May 2017 - Xəbər

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç deyib. O bildirib ki, bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasiminə qatılacaq.
A. Ç. Kılıç qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mötəbər və maraqlı idman yarışları keçiriləcək.

Xəbər xətti