ABŞ "ən-Nusra" lideri barədə bəyanat yayıb. ABŞ Dövlət Departamenti "Nusra Cəbhəsi" terror təşkilatının başçısı Əbu Muhəmməd əl-Culanini tutmağa kömək edə biləcək məlumat üçün 10 milyon dollar miqdarında mükafat təyib edib. Xatırladaq ki, adıçəkilən qruplaşma "Əl-Qaidə"nin qanadlarından biridir və əsasən Suriya ərazisində fəaliyyət göstərir. Əl-Culaninin özü isə artıq ABŞ-ın terrorçular siyahısına daxil edib və ona qarşı sanksiyalar tətbiq edilib. Qeyd etmək lazımdır ki, "Nusra" terror qruplaşması bir çox cinayətlərin məsuliyyətini daşıyır. Onun fəaliyyəti nəticəsində minlərlə günahsız insan həlak olub.(islamazeri.com)