Tramp Avropaya gəlir – 1000 nəfərlik komanda ilə

12:02 - 12 May 2017 - Xəbər

ABŞ Prezidenti Donald Tramp Brüsseldəki NATO sammitinə 1000 nəfərlik nümayəndə heyəti ilə qatılacaq. Bu barədə informasiyanı Belçika mətbuatı yayıb. Trampın Brüsselə mayın 24-də gecə saatlarında gələcəyini bildirilib. “Mayın 25-də Tramp Belçika kralı Filiplə görüşəcək. Daha sonra o, Baş nazir Şarl Mişelin qəbulunda olacaq. Mayın 25-i axşam onun təyyarəsi Siciliyaya yollanacaq. Tramp burada Böyük Yeddilik ölkələrinin sammitində iştirak edəcək”. (Axar.az)

Xəbər xətti