İnterpol daha bir azərbaycanlını axtarışa verdi

15:07 - 11 May 2017 - Xəbər

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1950-ci ildə Ağstafa rayonunda anadan olmuş Ramiz İsmayılov cinayəti bilib gizlətməkdə təqsirləndirilir.
R.İsmayılov istintaqdan yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib və axtarış elan edib.
Həmin qərar əsasında da İnterpol onun barəsində beynəlxalq axtarış elan edib.

Xəbər xətti