Moskva Teatr İnstitunun erməni müəllimi 9 May qələbəsini və "ölümsüz alay"ı təhqir edib. Filip Qriqoryan öz "Facebook" səhifəsində bu barədə yazıb. "9 Mayınız, öz alayınızla, dualarınızla cəhənnəm olun". O, fikrini isə əsəbi zəif olanlar üçün nəzərdə tutulmayan ədəbsiz foto ilə tamamlayıb. Erməninin bu fikirləri birmənalı qarşılanmayıb və hiddətə səbəb olub. Qriqoryan hətta o qədər qorxuya düşüb ki, sonradan fikirlərini silməyə məcbur olub. Bloger Pavel Kartaşev onu xəbis adlandırıb. "Yerində otursun və mumlasın. Təklif edirəm ki, onun tamaşalarını boykot edək".
Psixoloq Yuliya Steanova isə belə insanlara baş qoşmamağa çağırıb. "Onların özlərinin dünyası var. Belə psixoz fikirlər səsləndirdiklərinə görə o qədər də xoşbəxt deyillər. Mənim məsələn, heç vecimə də deyil, belə adamlar var, ya yox".
9 May - faşizm üzərində Qələbənin 72 illiyi qeyd ediliub. Bu münasibətlə Rusiyada, Moskvada parad da keçirilib.
Xatırladaq ki, mayın 9-da Moskvada “Ölümsüz alay” yürüşü zamanı keçirilmiş aksiyada ermənilərlə azərbaycanlılar arasında insident baş verib. Buna səbəb ermənilərin meydanda qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını dalğalandırması olub.
Belə ki, soydaşlarımızın şifahi xəbərdalığına məhəl qoymayan ermənilər təxribatyönümlü əməllərindən əl çəkməyiblər və soydaşlarımıza qarşı hücum etməyə başlayıblar. Nəticədə iki tərəf arasında dava düşüb. Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Rusiya qondarma rejimi tanımır. (istipress)