Əli Əhmədov: “Bəzi hallarda QHT-lər “pul verin, fəaliyyət göstərək” prinsipi ilə çıxış edirlər”

13:00 - 1 May 2017 - Xəbər

“Etiraf etməliyik ki, vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda problemlər var. Bəzi qurumlar vətəndaş cəmiyyəti təşkilatlarının təklilərini nəzərə almırlar”. Bunu BMT-nin Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfransda baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, bəzi hallarda QHT-lər sadəcə, “pul verin, fəaliyyət göstərək” prinsipi ilə çıxış edirlər: “QHT-lər dövlət qurumlarını fəaliyyətlərinin faydalı olduğuna inandırmalıdırlar. QHT-lər hökumətin bu və ya digər məsələləri həll edərkən xərcləri azaldacaq təkliflərlə çıxış etməlidir. Biz eyni məqsədə birlikdə gedə bilərik. Hökumət vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır. Sadəcə, vətəndaş cəmiyyəti özünün faydalı olduğunu təsdiq etməlidir. Hökumət qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır”.(apa)

Xəbər xətti