Bum şəlaləsində bir nəfər batıb

17:06 - 12 İyun 2026 - ÖLKƏ İÇİ

Lənkəranda bir nəfər şəlalədə çimərkəm batıb.

Ucnoqta.az xəbər verir ki, Lənkəran rayonunun ucqar dağ kəndi olan Biləsərdə, Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batdığı bildirilir.

Dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda batan şəxsin sudan çıxarılması üçün tədbirlər görülür.///apa

Xəbər xətti