AB Kiyevə 6,6 milyard avro ayırmaq qərarını verməyib

16:20 - 12 İyun 2026 - DÜNYA

Brüssel hələlik Macarıstan tərəfindən blokdan çıxarılan Avropa Sülh Fondundan 6,6 milyard avronun yeni silah alışı üçün Kiyevə, yoxsa keçmiş tədarüklərə görə kompensasiya olaraq AB ölkələrinə ayrılacağına qərar verməyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.

"Müzakirələr davam etdiyi üçün indi Avropa Sülh Fondu haqqında ətraflı məlumat verməyəcəyəm. Hazırda AB diplomatik xidmətinin rəhbəri bu vəsaitlərin üzv dövlətlərə keçmiş silah tədarüklərinə görə kompensasiya vermək, eləcə də AB daxilində yeni birgə silah alışlarını maliyyələşdirmək üçün istifadə edilməsini təklif edir", - deyə o, tezliklə daha ətraflı məlumat verəcəyinə söz verib.

Macarıstanın keçmiş Baş naziri Viktor Orban 2023-cü ildən bəri Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan vəsait ayrılmasını bloklayıb və bu da AK və AB ölkələrini Kiyev üçün yeni maliyyələşdirmə mexanizmləri hazırlamağa məcbur edib.

Xəbər xətti