Saatlı məktəblisi ölkə birincisi oldu - Mil-Muğan məktəbliləri fərqləndi

13:00 - 12 İyun 2026 - ÖLKƏ İÇİ

Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, Respublika Fənn Olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri də yüksək nəticələri ilə təmsil olunublar.
Azərbaycan dili və ədəbiyyat fənni üzrə Beyləqan rayonu Əli Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta məktəbinin IX sinif şagirdi Aytəkin İsmayıllı bürünc medal qazanıb.
Biologiya fənni üzrə İmişli şəhəri Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin IX sinif şagirdi Nazlı Məmmədli gümüş, VIII sinif şagirdi Ruzə Sadıqlı isə bürünc medal əldə edib.

Azərbaycan dili və ədəbiyyat fənni üzrə Saatlı rayonunun şagirdləri xüsusilə fərqləniblər. 
Məmmədabad kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Nuriyeva qızıl medal qazanaraq ölkə birincisi olub. 
Varxan kənd tam orta məktəbinin X sinif şagirdi Fəridə Asif və IX sinif şagirdi Fatimə Allahverdili qızıl medala layiq görülüblər. 
Gomuşçu kənd tam orta məktəbinin X sinif şagirdi Aytəkin Hüseynova da qızıl medalçılar sırasında yer alıb. 
Eyni fənn üzrə Varxan kənd tam orta məktəbinin X sinif şagirdi Murad Muradov və Saatlı şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Nuray Hümbətli gümüş medal qazanıblar.
Saatlı şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Firuzə Hüseynova isə bürünc medala layiq görülüb.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları şagirdlərin istedad və potensialının üzə çıxarılması, onların elmi biliklərə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Xəbər xətti